Qəzzada həlak olanların sayı 45 min 658-ə çatıb

2024/12/1735446059.jpg
Oxunub: 3503     19:46     03 Yanvar 2025    
Qəzza zolağında həlak olan fələstinlilərin sayı 45 min 658-ə yüksəlib.

Ordu.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada bildirilib.

Məlumata görə, İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi əməliyyatlarda 77 nəfər həyatını itirib, 145 nəfər isə yaralanıb.

Qeyd olunub ki, Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən indiyədək ölənlərin sayı 45 min 658, yaralıların sayı isə 108 min 583 nəfərdir.

Ordu.az




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəzza   Ölüm  


Bizi "telegram"da izləyin