Bayden Nyu Orlean və Las Veqasdakı hücumlarla bağlı iclas keçirib

2024/12/1735190339.jpg
Oxunub: 938     02:28     03 Yanvar 2025    
ABŞ Prezidenti Cozef Bayden Nyu Orlean (Luiziana ştatı) və Las-Veqas (Nevada) şəhərlərində baş verən hadisələrlə bağlı iclas keçirib.

Ordu.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu barədə Ağ Evin Mətbuat xidmətinin yaydığı xəbərdə deyilir.

Məlumata görə, ABŞ Prezidenti və vitse-prezident Kamala Harris yanvarın 2-də Milli Təhlükəsizlik komandası ilə “Yeni Orleandakı terror aktının təhqiqatının gedişatını” müzakirə ediblər. Bundan əlavə, Baydenə Las-Veqasdakı "Trump International Hotel"də “Cybertruck” elektrik avtomobilinin partladılması ilə bağlı araşdırmanın son təfərrüatları barədə məlumat verilib.

Dövlət başçısı təhqiqatı mümkün qədər tez başa çatdırmaq üçün “komandasına bütün resursları ayırmağa davam etməyi” tapşırıb. Görüşdə ABŞ-nin daxili təhlükəsizlik naziri Alexandro Mayorkas, müdafiə naziri Lloyd Ostin, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Çarlz Braun, Prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan, ədliyyə katibi – baş prokuror Merrik Qarlend və hazırkı administrasiyanın digər nümayəndələri iştirak ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayden   Nyu-Orlean   Las-Veqas  


Bizi "telegram"da izləyin