Zelenski ikinci prezidentlik müddətinə namizəd olub-olmayacağını açıqlayıb

2025/01/20230-1735878153.jpg
Oxunub: 479     00:47     03 Yanvar 2025    
Ukrayna lideri Volodimir Zelenski ikinci prezidentlik müddətinə namizədliyini irəli sürüb-sürməyəcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, dövlət başçısı bu barədə “TSN” telekanalına müsahibəsində danışıb.

Zelenski yenidən prezidentliyə namizəd olub-olmayacağı ilə bağlı hələlik dəqiq cavab verməyə hazır olmadığını bildirib.

“Müharibənin necə bitəcəyini bilmirəm. Əlimdən gələni etsəm, yəqin ki, qərara daha müsbət baxacağam. Bu gün mənim məqsədim bu deyil”, - Ukraynalı lider vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Prezident  


Bizi "telegram"da izləyin