Ordu.az “UNIAN“a istinadən xəbər verir ki, bu barədə Ali Rada Aparatının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, “Şahed” dronunun zərbəsi nəticəsində partlayış dalğası ətrafdakı evlərə, o cümlədən Aparatın komitə və bölmələrinin yerləşdiyi Ukrayna parlamentinin inzibati binalarına ziyan vurub.
“Dünən hüquq-mühafizə orqanları və xüsusi xidmət orqanlarının əməkdaşları hadisə yerində işləyib və hücumun nəticələrini qeydə alıblar. Hazırda dəymiş ziyanın həcmi hesablanır”, - məlumatda deyilir.
Qeyd olunur ki, Aparatın müvafiq bölmələri hücumun nəticələrini operativ şəkildə aradan qaldırmaq, Rada və onun orqanlarının fasiləsiz fəaliyyətini təmin etmək maksimum səy göstərir.
Ordu.az