Əlcəzair UNRWA ilə bağlı BMT TŞ-nin iclasını çağırmaq niyyətindədir

2025/01/1735877840.jpg
Oxunub: 445     00:22     03 Yanvar 2025    
Yanvar ayında Birləşmi Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının sədri vəzifəsini icra edən Əlcəzair ayın sonunda BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) fəaliyyətinin dayandırılması və İsrailin Agentliyin ölkədə fəaliyyət göstərməsini qadağan etməsi səbəbindən Təhlükəsizlik Şurasının (TŞ) iclasını çağırmaq niyyətindədir.

Ordu.az-ın məlumatına görə, bunu Əlcəzairin beynəlxalq təşkilatdakı daimi nümayəndəsi Amar Bencama deyib.

"Biz BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi ilə vəziyyəti müzakirə etmək üçün ayın üçüncü ongünlüyündə iclas çağırmaq niyyətindəyik. Ümid edirik ki, BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə Baş Assambleya, BMT-nin və Fələstin xalqının xeyrinə öz işini davam etdirməyə imkan verəcək konsensusa nail olacağıq”, - o deyib.

Benjama qeyd edib ki, Agentlik əvəzolunmazdır və BMT ölkələrinin böyük əksəriyyəti tərəfindən ona verilən mandatı yerinə yetirməkdə davam etməlidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əlcəzair   UNRWA   BMT  


Bizi "telegram"da izləyin