Litva 14 milyon avroya İsveç qumbaraatanlarının alınmasına dair müqavilə imzalayıb

2025/01/1735877781.jpg
Oxunub: 388     23:58     02 Yanvar 2025    
Vilnüs İsveç istehsalçısı ilə 14 milyon avroya “Carl Gustaf” tank əleyhinə qumbaraatanların alınması üçün müqavilə imzalayıb.

Ordu.az-ın məlumatına görə, bu barədə Litva Müdafiə Nazirliyi xəbər yayıb.

“Müdafiə Resursları Agentliyi İsveçin “SAAB Bofors Dynamics AB” şirkətindən 14 milyon avroya “Carl Gustaf” tank əleyhinə qumbaraatanların alınmasına dair müqavilə imzalayıb”, - məlumatda bildirilir.

Müdafiə Nazirliyi bildirib ki, düşmənin zirehli texnikası və canlı qüvvəsi ilə döyüşmək üçün nəzərdə tutulmuş M4 model qumbaraatanlar alınır. Silahlar Litvaya 2025-2026-cı illərdə gələcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   İsveç  


Bizi "telegram"da izləyin