Netanyahu Qəzza danışıqlarının davam etdirilməsi üçün Qətərə nümayəndə heyəti göndərir

2024/10/1727844342.jpg
Oxunub: 489     23:27     02 Yanvar 2025    
İsrail nümayəndə heyəti Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqları bərpa etmək üçün tezliklə Qətərə gedəcək.

Ordu.az “The Times of Israel”ə istinadən xəbər verir ki, müvafiq əmri İsrailin Baş naziri Benyamin Netanyahu verib.

“Baş nazir Benyamin Netanyahu Mossad kəşfiyyat xidməti, İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidmətinin əməkdaşlarının daxil olduğu peşəkar nümayəndə heyətinin Dohada danışıqları davam etdirməsinə razılıq verib”, - məlumatda deyilir.

Bildirilib ki, İsrail nümayəndə heyəti Qətərin paytaxtına yanvarın 3-də səfər edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   Qəzza  


Bizi "telegram"da izləyin