Netanyahu cərrahi əməliyyatdan sonra xəstəxanadan buraxılıb

2024/11/1730525766.jpg
Oxunub: 709     22:14     02 Yanvar 2025    
Prostat vəzdən cərrahi əməliyyat olunan İsrailin Baş naziri Binyamin Netanyahu əməliyyatdan sonra bərpanı tamamlayaraq xəstəxananı tərk edib.

Ordu.az-ın məlumatına görə, bu barədə Binyamin Netanyahunun Dəftərxanası xəbər yayıb.

“Baş nazir Benyamin Netanyahu xəstəxanadan buraxılıb”, - məlumatda deyilir.

Dekabrın 29-da axşam Netanyahunun Dəftərxanası bildirib ki, hökumət başçısı həkimlər onun prostat vəzin xoşxassəli hiperplaziyası olduğunu aşkarladıqdan sonra prostat vəzdən uğurlu cərrahi əməliyyat keçirib. Cərrahi müdaxilə ümumi anesteziya altında aparılıb və fəsadsız keçib. Baş nazirin olmadığı müddətdə onun səlahiyyətləri ədliyyə naziri Yariv Levinə həvalə edilib.

Əməliyyatdan sonra həkimlər Netanyahuya sağalmaq üçün xəstəxanada bir neçə gün qalmağı tövsiyə ediblər, lakin dekabrın 31-də Baş nazir büdcə ilə bağlı qanun layihələrindən biri ilə bağlı Knessetdə (parlament) mühüm səsvermədə iştirak üçün qısa müddətə klinikadan çıxıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   İsrail  


Bizi "telegram"da izləyin