FTB: Nyu Orlean və Las-Veqasdakı terror aktları arasında heç bir əlaqə yoxdur

2024/11/1731557999.jpg
Oxunub: 531     21:47     02 Yanvar 2025    
ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FTB) Luiziana ştatının Nyu Orlean və Nevada ştatının Las-Veqas şəhərlərində törədilən terror aktları arasında heç bir əlaqə görmür.

Ordu.az-ın məlumatına görə, bu barədə FTB direktorunun köməkçisinin müavini Kristofer Raya mətbuat konfransında bildirib.

"Hazırda Nyu Orleandakı terror aktı ilə Las-Veqasdakı terror aktı arasında konkret əlaqə yoxdur", - o vurğulayıb.

Daha əvvəl bildirilib ki, Nyu Orlean şəhərində terror aktının təşkilatçısı və icraçısı 2024-cü ilin yayında İŞİD terror təşkilatına qoşulub və hücum zamanı təkbaşına hərəkət edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: FTB   ABŞ  


Bizi "telegram"da izləyin