Milli Qəhrəman Polad Həşimovun xatirəsi yad edilib - FOTOLAR

2025/01/5a962-1735802269.jpg
Oxunub: 1055     11:12     02 Yanvar 2025    
Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun doğum günündə Müdafiə Nazirliyinin bir qrup zabit heyəti, Vətən müharibəsi iştirakçıları və Milli Qəhrəmanın ailə üzvləri yanvarın 2-də onun məzarını ziyarət ediblər.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olan Polad Həşimov Sumqayıt şəhərində orta təhsil alıb. Sonra o, indiki Heydər Əliyev adına Hərbi İnstituta daxil olub və bu xüsusi təyinatlı təhsil müəssisəsini müvəffəqiyyətlə bitirib.

Polad Həşimov döyüş bölgələrində Vətənimizin müdafiəsi uğrunda ona həvalə edilmiş əmr və tapşırıqları layiqincə yerinə yetirərək "general-mayor" ali hərbi rütbəsinədək yüksəlib.
2016-cı ilin Aprel döyüşlərində Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 aprel 2016-cı il tarixli sərəncamına əsasən Polad Həşimov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir. 2019-cu il iyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Polad Həşimova "general-mayor" ali hərbi rütbəsi verilmişdir.

General-mayor Polad Həşimov 14 iyul 2020-ci il tarixdə Tovuz rayonunun qarşısında yerləşən düşmənin hücum cəhdlərinin və təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra general-mayor P.Həşimov "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.
Anım mərasimində Müdafiə Nazirliyinin rəhbərliyi adından milli qəhrəmanın məzarı üzərinə gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla anılıb.

MƏLUMAT YENİLƏNİR...

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Milli-Qəhrəman   Polad-Həşimov  


Bizi "telegram"da izləyin