Ordu.az xəbər verir ki, Meysə Sabirin Mərkəzi Bankda karyerasına 2020-ci ilin noyabr ayından sədrin birinci müavini kimi başlayıb. O maliyyə və bank sahəsində 15 ildən çox peşəkar təcrübəyə malikdir.
2018-ci ilin oktyabr ayından Banklar üzrə Hökumət Komissiyasının direktoru vəzifəsində çalışıb.
O, 2018-ci ilin dekabr ayından Mərkəzi Bankın nümayəndəsi kimi Dəməşq Birjasının Direktorlar Şurasının üzvü olmaqla yanaşı, Suriya Mərkəzi Bankında Ofisə Nəzarət Departamentinin rəhbəri vəzifəsini də icra edib.
Meysə ölkədə bank siyasətinin formalaşdırılmasında və maliyyə əməliyyatlarına nəzarətdə mühüm rol oynayıb.
O, Dəməşq Universitetində mühasibat uçotu üzrə bakalavr və magistr təhsili alıb.
Ordu.az