İsrail Ordusu: Qəzza zolağından ölkənin cənubuna yeni raket zərbəsi endirilib

2024/11/1732856593.jpg
Oxunub: 492     00:34     31 Dekabr 2024    
Qəzza zolağından İsrailin cənubuna yeni raket zərbəsi endirilib.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Qəzza zolağının şimalından radikallar tərəfindən buraxılan raket İsrailin cənubundakı yaşayış olmayan ərazidə partlayıb.

Bununla bağlı Fələstin anklavı ilə sərhədə yaxın yerləşən Kissufim kəndində hava hücumu xəbərdarlığı elan edilib.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatının silahlı tərəfdarlarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından, sərhədyanı kəndlərdə sakinlərin öldürülməsindən və 250-yə yaxın insanın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Ordu  


Bizi "telegram"da izləyin