Zakir Həsənov Baş Klinik Hospitalda müalicə olunan hərbçilərlə görüşüb - VİDEO+FOTOLAR

2024/12/40a1f-1735565597.jpg
Oxunub: 1506     17:28     30 Dekabr 2024    
Müdafiə Nazirliyinin rəhbər heyəti Baş Klinik Hospitalı ziyarət edib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.


Bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov hospitalın tibb personalı və burada müalicə olunan hərbi qulluqçularla görüşüb, onlara Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbriklərini çatdırıb.

Nazirliyinin rəhbər heyəti hərbi qulluqçuların müalicə prosesi ilə maraqlanıb, onların tezliklə sağlamlıqlarına qovuşaraq

Ordu sıralarında xidmətlərini davam etdirmələrini arzulayıb və şəxsi heyətə bayram hədiyyələri təqdim edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Zakir-Həsənov   Hospital  


Bizi "telegram"da izləyin