Xaçmaz rayonunda şəhid və qazi övladları üçün bayram şənliyi təşkil olunub - FOTOLAR

2024/12/xacma-1735543002.jpg
Oxunub: 1121     10:55     30 Dekabr 2024    
Xaçmaz Rayon İcra Hakimiyyəti və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xaçmaz rayon komitəsinin birgə təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə şəhid və qazi övladları üçün “Yeni il” şənliyi keçirilib.

Ordu.az xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhid ailələri, şəhid və qazi övladları iştirak ediblər.

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova tədbir iştirakçılarını 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Bildirib ki, Vətən uğrunda döyüşən insanları yad etmək, onların ailələrinə və övladlarına xüsusi qayğı ilə yanaşmaq hər birimizin mənəvi borcudur.

Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Şaxta baba, Qar qız və digər maraqlı personajların iştirakı ilə keçən şənlik şəhid və qazi övladları tərəfindən sevinclə qarşılanıb. Musiqili-əyləncəli şənlikdə uşaqlar şən musiqi sədaları altında rəqs edib, şeirlər və mahnılar səsləndirib, müxtəlif nağıl qəhrəmanları ilə xoş zaman keçiriblər.

Sonda uşaqlara Xaçmaz Rayon İcra Hakimiyyətinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xaçmaz rayon komitəsinin bayram hədiyyələri təqdim edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Xaçmaz   Şəhid  


Bizi "telegram"da izləyin