Şəhid Hüseyn Sultanovun ailəsi ziyarət olunub - FOTOLAR

2024/12/xacma-1735478908.jpg
Oxunub: 783     17:03     29 Dekabr 2024    
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Hacıqurbanoba kəndində şəhid Hüseyn Sultanovun ailəsini ziyarət edib, qayğıları ilə maraqlanıb.

Görüşdə şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid Hüseyn Sultanovun ailə üzvlərini qarşıdan gələn Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təbrik edib, xoş arzularını çatdırıb.

Bildirib ki, dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunan şəhid ailələrini ziyarət etmək hər kəsin vətəndaşlıq borcudur.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Şəhid   Xaçmaz  


Bizi "telegram"da izləyin