"Aqro-Vest DC" şəhid ailələrinə bayram sovqatı paylayıb - FOTOLAR

2024/12/3bf46-1735304267.jpg
Oxunub: 631     16:50     27 Dekabr 2024    
2025-ci - Yeni ilin gəlişi və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə "Aqro-Vest DC" MMC 100-dən çox şəhid ailəsinə bayram sovqatı paylayıb.

Hər il olduğu kimi, Yeni il öncəsi şirkət II Qarabağ savaşı şəhidlərinin ailələrini ziyarət edib, onlara bayram münasibətilə təbriklərini çatdırıblar.

Şirkət əməkdaşları II Qarabağ savaşı şəhidlərinin ailə üzvləri ilə söhbət edib, göstərilən diqqətin torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin qəhrəmanlıqları qarşısında mənəvi borc olduğunu söyləyiblər.

"Aqro-Vest DC" MMC şəhidlərimizə Allahdan rəhmət, ailə üzvlərinə isə cansağlığı və uzun ömür diləyir, onları qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edir!

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Şəhid   Bayram  


Bizi "telegram"da izləyin