FHN: Qəzada xəsarət almış vətəndaşlar Aktauda olan xüsusi təyyarə ilə Bakıya yola düşüb (FOTOLAR)

2024/12/676d6-1735225068.jpg
Oxunub: 555     18:14     26 Dekabr 2024    
“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət almış vətəndaşlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Aktauda olan Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə Bakıya yola düşüb.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan FHN-in Mətbuat xidməti məlumat yayıb.

"Vətəndaşları Qazaxıstanın Manqistau vilayəti başçısının müavini Tileqen Abişev və Aktau şəhərinin meri Abilkair Baypakov yola salıblar.

Əlavə məlumat veriləcək", məlumatda deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: FHN   Aktau   Bakı  


Bizi "telegram"da izləyin