Azərbaycan və Özbəkistan hərbi mütəxəssisləri arasında görüş keçirilib - FOTOLAR

2024/12/2ddb3-1734157716.jpg
Oxunub: 706     10:18     14 Dekabr 2024    
Özbəkistan Müdafiə Nazirliyinin nümayəndə heyəti qarşılıqlı təcrübə mübadiləsi məqsədilə Azərbaycan Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsini ziyarət edib.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, qonaqlara hərbi qərar qəbuletmə, eləcə də 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı ilə bağlı brifinq təqdim edilib, maraq doğuran suallar ətrafında müzakirələr aparılıb.

Özbəkistan nümayəndə heyəti Mərkəzi Komanda Məntəqəsinə gələrək burada yaradılan şərait və müasir tələblərə cavab verən proqram təminatından istifadə olunmaqla tapşırıqların icra mexanizmi ilə tanış olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Özbəkistan  


Bizi "telegram"da izləyin