Ordu.az xəbər verir ki, zirehli vasitə prototip kimi iyunun sonunda Fransada keçirilən “Eurosatory 2024” sərgisində nümayiş etdirilib.
Məlumata görə, “Panzerjager” istəyə bağlı olaraq 4×4, 6×6 və 8×8 təkərli şassilərdə istehsal oluna bilər və “Rheinmetall” müştərilərə vasitəni tırtıllı şassiyə yerləşdirmə variantını təklif edir.
Vasitə teleskopik dirəyə quraşdırılmış EOS500 elektro-optik sistemi də daxil olmaqla, inteqrasiya edilmiş kəşfiyyat avadanlığına malikdir. Optik sistem 11 kilometrdən çox hədəf aşkarlama mənzili ilə birbaşa vizual nəzarəti təmin edir.
Zirehli vasitə 8 kilometrə qədər məsafədə kəşfiyyat apara bilən 3 ədəd “Recce S” pilotsuz uçuş aparatı daşıyır. “Panzerjager” ümumilikdə 4 bölmə sursat tutumuna malik 2 ədəd “Spike” LR2 tank əleyhinə raket buraxılış qurğusu ilə silahlana bilər.

Sevinc Əliyeva
Ordu.az