Serbiya silah anbarlarının tikintisində İranın təcrübəsindən istifadə edəcək

2026/02/1771172704.jpg
Oxunub: 194     18:18     28 İyun 2026    
Serbiya silahların, pilotsuz uçuş aparatlarının (PUA) və digər müdafiə sistemlərinin yerləşdirilməsi üçün yeraltı sığınacaqların yaradılmasında İranın ABŞ və İsraillə hərbi qarşıdurma zamanı əldə etdiyi təcrübədən yararlanacaq.

Ordu.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç ölkənin Silahlı Qüvvələrinin nümunəvi atışlarından sonra jurnalistlərə açıqlamasında deyib.

"Biz İranın nümunəsini tətbiq edəcəyik. Onlar bunu olduqca təsirli şəkildə həyata keçiriblər. Bütün istehsal və infrastruktur yerin altına köçürülüb. Buraxılış qurğuları yer səthinə çıxaraq tapşırığı yerinə yetirdikdən və düşmənin kəşfiyyat vasitələri tərəfindən aşkar edildikdən sonra yenidən yeraltına qayıdır. Onlar ciddi istehsal müəssisələri qurublar və bunların hamısı yerin altındadır", – deyə dövlət başçısı bildirib.

Vuçiç qeyd edib ki, Serbiya on minlərlə PUA istehsal edəcək və bu vasitələrin təhlükəsiz şəkildə gizlədilməsi zəruridir.

Xatırladaq ki, Serbiya Prezidenti daha əvvəl ölkənin yaxın vaxtlarda hərbi təyinatlı pilotsuz uçuş aparatlarının istehsalını artıracağını və orduda PUA-ların idarə olunması üzrə xüsusi bölmələrin yaradılacağını açıqlamışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Serbiya   İran   PUA  


Bizi "telegram"da izləyin