Kasım-Jomart Tokayev: "Azərbaycan bu gün Türk dünyasında xüsusi yer tutur"

2026/06/Ekran-1782716573.jpg
Oxunub: 210     10:52     29 İyun 2026    
Azərbaycan bu gün Türk dünyasında xüsusi yer tutur.

Ordu.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin iştirakçılarına ünvanladığı müraciətdə qeyd olunub.

Müraciətdə vurğulanıb ki, Birinci Türkoloji Qurultay bütün Türk dünyası üçün əhəmiyyətli tarixi hadisə idi:

"Qurultay qardaş ölkələrin sarsılmaz birliyinin göstəricisinə çevrilib. Həmin qurultayda irəli sürülən ideyalar bu gün də aktuallığını itirməyib".

Qeyd edək ki, müraciətin mətnini Qazaxıstan Prezidentinin müşaviri Malik Atarbayev səsləndirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tokayev   Qazaxıstan   Azərbaycan  


Bizi "telegram"da izləyin