Starmer NATO-nun Baş katibi vəzifəsinə maraq göstərir

2026/04/1777402005.jpg
Oxunub: 218     19:30     28 İyun 2026    
Tezliklə vəzifəsindən ayrılacaq Böyük Britaniyanın Baş naziri Kir Starmer NATO-nun Baş katibi vəzifəsinə namizədliyini irəli sürməyi düşünür.

Ordu.az xəbər verir ki, bu barədə həftəlik "The Observer" qəzeti məlumat yayıb.

Britaniyalı siyasətçi bu vəzifəyə 2028-ci ildə, alyansın Baş katibi seçkiləri gələndə namizəd ola bilər.

NATO-nun Baş katibi vəzifəsini hazırda keçmiş Niderlandın Baş naziri Mark Rütte tutur.

Qəzet qeyd edir ki, Starmerin planları Böyük Britaniya hökumətindən uzunmüddətli və ardıcıl dəstək tələb edəcək. "The Observer" qəzeti Starmerin tərəfdarlarının fikrinə istinad edib və onlar onun namizədliyinin üstünlüklərini "G7"dəki həmkarları arasında yüksək nüfuza malik olması kimi qiymətləndiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Starmer   NATO   Britaniya  


Bizi "telegram"da izləyin