"Rusiya-Ukrayna danışıqları Minskdə keçirilə bilər" - Putin

2026/06/1780682968.jpg
Oxunub: 227     07:54     29 İyun 2026    
Rusiya Prezidenti Vladimir Putin Rusiya–Ukrayna danışıqlarının mümkün nəticə verəcəyi halda, Minsk şəhərinin danışıqlar üçün məkan ola biləcəyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Putin “Vesti”nin jurnalisti Pavel Zarubinə müsahibəsində danışıb.

Dövlət başçısı qeyd edib ki, Belarus bu prosesdə vasitəçi və danışıqlar məkanı kimi istifadə oluna bilər.

“Mən əminəm ki, danışıqlar nə vaxtsa nəticə verərsə, Belarusun imkanlarından da istifadə etmək olar”, – deyə Putin bildirib.

O, həmçinin Belarus Prezidenti Aleksandr Lukaşenkonun mübahisəli məsələlərin sülh yolu ilə həllinə yönəlmiş təşəbbüsləri dəstəklədiyini vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   Putin  


Bizi "telegram"da izləyin