Cənubi Koreya və Yaponiya müdafiə sahəsində əməkdaşlığı genişləndirir

2026/06/1782715899.jpg
Oxunub: 198     10:54     29 İyun 2026    
Cənubi Koreya və Yaponiya müdafiə sahəsində ikitərəfli əməkdaşlığın süni zəka və digər qabaqcıl texnologiyaları da əhatə edəcək şəkildə genişləndirilməsi barədə razılığa gəlib.

Ordu.az “Yonhap” agentliyinə istiandən xəbər verir ki, Cənubi Koreyanın müdafiə naziri An Gyu-bek ölkəyə səfər edən yaponiyalı həmkarı Koizumi Şinçiro ilə Seul şəhərində görüş keçirib.

Cənubi Koreya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, tərəflər iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərin davam etdirilməsi barədə ortaq mövqe nümayiş etdiriblər.

Görüş zamanı xüsusilə süni zəka başda olmaqla qabaqcıl elm və texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsi barədə qərar qəbul olunub.

Nazirlər Koreya yarımadasının tamamilə nüvə silahlarından azad edilməsi və bölgədə davamlı sülhün təmin olunmasına sadiqliklərini bir daha təsdiqləyiblər.

Bununla yanaşı, regional sülh və sabitliyin qorunması məqsədilə ikitərəfli koordinasiyanın, eləcə də Cənubi Koreya, ABŞ və Yaponiya arasında üçtərəfli əməkdaşlığın davam etdirilməsi barədə də razılıq əldə olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Yaponiya  


Bizi "telegram"da izləyin