"FT": Hörmüz boğazında gəmiçiliyin bərpası minalar səbəbindən aylar çəkəcək

2026/06/1782221797.jpg
Oxunub: 214     03:06     29 İyun 2026    
Hörmüz boğazında minaların təmizlənməsinə ehtiyac o deməkdir ki, İranla ABŞ arasında atəşkəs qüvvədə olsa belə, bu həyati əhəmiyyətli dəniz yolu ilə gəmiçiliyin müharibədən əvvəlki səviyyəyə qayıtması aylarla çəkəcək.

Ordu.az xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" qəzetinə verdiyi müsahibədə Yaponiyanın NYK Line gəmiçilik şirkətinin rəhbəri Takaya Soqa bildirib.

Soqa qeyd edib ki, gəmiçilik üçün mövcud marşrutlar olduqca məhduddur və onlar çox dar dəhlizlərdir: "Hörmüz boğazının bağlanmasından əvvəlki vəziyyətə qayıtmasından hələ də çox uzağıq".

Qəzet gəmilərin yalnız iki marşrutla hərəkət edə biləcəyini izah edib: İranın Larak adası yaxınlığında və Oman sahilləri boyunca. Məqalədə Hörmüz boğazında 80-ə qədər minanın qala biləcəyi bildirilib.

"Gəmilər boğaza maneəsiz daxil olub çıxa bilsələr belə, nəqliyyat həcmi bir müddət normal səviyyənin yarısından az qalacaq", - deyə NYK Line şirkətinin rəhbəri izah edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörmüz   ABŞ   İran  


Bizi "telegram"da izləyin