Ordu.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti Pentaqonun açıq məlumatları əsasında hazırladığı qiymətləndirməyə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, baza 2026-cı ilin fevral ayının sonundan iyun ayına qədər İranın endirdiyi zərbələr nəticəsində ciddi ziyan görüb. Hücumlar zamanı 10-dan çox bina, eləcə də iki peyk rabitəsi terminalı zədələnib. ABŞ bazadakı şəxsi heyətin böyük hissəsini təxliyə edib və ərazidə yalnız məhdud sayda hərbçi saxlayıb.
Qəzetin mənbələrinin sözlərinə görə, Vaşinqton Bəhreyndəki bazanı modernləşdirməyi planlaşdırır. Bununla yanaşı, WSJ-nin həmsöhbətləri hücuma məruz qalmış bəzi obyektlərin bərpasından imtina edilə biləcəyini də istisna etməyiblər.
WSJ-nin hesablamalarına görə, yalnız dağıdılmış binaların analoqlarının yenidən inşası təxminən 400 milyon dollara başa gələ bilər. Bu məbləğə bazanın müdafiəsinin gücləndirilməsi və dağıntıların təmizlənməsi ilə bağlı əlavə xərclər daxil deyil.
Ordu.az