Aİ 2027-ci ildən sonra Ukraynaya yeni kredit paketinin müzakirəsini planlaşdırır

2026/06/1782703465.jpg
Oxunub: 193     05:28     29 İyun 2026    
Avropa İttifaqı 2027-ci ildən sonra Ukraynaya əlavə maliyyə dəstəyi göstərilməsi imkanlarını müzakirə edir.

Ordu.az xəbər verir ki, bu barədə Avropa Parlamentində Aİ–Ukrayna Parlament Əməkdaşlıq Komitəsinin rəhbəri Pekka Toveri açıqlama verib.

Onun sözlərinə görə, hazırda müzakirə olunan ssenariyə əsasən, münaqişə 2027-ci ildən sonra da davam edərsə, Ukraynaya 30–45 milyard avro həcmində yeni kredit ayrılması nəzərdən keçirilir.

Toveri bildirib ki, məqsəd Ukraynaya dəstəkdə fasilələrin yaranmamasını təmin etməkdir və bununla bağlı uzunmüddətli planlaşdırma artıq aparılır.

O qeyd edib ki, 2026–2027-ci illər ərzində Aİ tərəfindən Ukraynaya ümumilikdə təxminən 90 milyard avro maliyyə dəstəyi ayrılması planlaşdırılır, əlavə olaraq Avropa və digər donorlar tərəfindən 30–45 milyard avro həcmində vəsaitin cəlb olunması nəzərdə tutulur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Ukrayna  


Bizi "telegram"da izləyin