Türkiyə Suriyanın şimalında 6 terrorçunu zərərsizləşdirib

2024/02/1707721964.jpg
Oxunub: 505     18:34     27 Noyabr 2024    
Türkiyə Suriyanın şimalında yerləşən “Fərat Qalxanı” və “Zeytun Budağı” əməliyyat bölgələrində 6 PKK/YPG terrorçusunu zərərsizləşdirilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Qəhrəman Türk Silahlı Qüvvələrimiz “Fərat Qalxanı” və “Zeytun Budağı” bölgələrində müəyyən etdiyi 6 PKK/YPG-li terrorçunu zərərsizləşdirib. Sonuncu terrorçu zərərsizləşdirilənədək əməliyyatlarımız davam edəcək”, - məlumatda deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PKK  


Bizi "telegram"da izləyin