Avropa Komissiyasının yeni tərkibi təsdiqlənib

2024/09/1726212286.jpg
Oxunub: 368     16:10     27 Noyabr 2024    
Avropa Parlamentinin deputatları Strasburqda keçirilən plenar sessiyada səs çoxluğu ilə Avropa Komissiyasının yeni tərkibini təsdiqləyiblər.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, səsvermənin nəticələrindən məlum olub.

Estoniyalı Kai Kallasın Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi vəzifəsinə namizədliyi təsdiqlənib.

Avropa Komissiyasının yeni tərkibini 688 deputatdan 370-i dəstəkləyib, 282 nəfər əleyhinə səs verib, 36 nəfər bitərəf qalıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin