Ordu.az xəbər verir ki, S-400-ə məxsus 92N6E “Grave Stone” Radarı məhv edilib.
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının sosial media hesabında verilən açıqlamada Kurskda hədəf alınan S-400-ün Rusiyanın 6-cı Ordusunun 1490-cı Hava Hücumundan Müdafiə Raket Alayı tərəfindən idarə edildiyi bildirilib.
Açıqlamada qeyd edilib ki, S-400 HHM sisteminin radar stansiyasına uğurlu zərbə endirilib.
Hücumun 3 ədəd ATACMS ballistik raketi ilə həyata keçirildiyi, S-400 batareyasına aid 92N6E radar stansiyası və 2 buraxılış qurğusunun məhv edildiyi bildirilib. Bundan əvvəl eyni ərazidə müxtəlif S-400 radar komponentlərinin məhv edildiyi açıqlanmışdı.

Sevinc Əliyeva
Ordu.az