Rusiyada casusluq ittihamı ilə saxlanılan Fransa vətəndaşının işində bəzi detallar məlum olub

2024/07/2024--1719994552.jpg
Oxunub: 176     11:43     03 İyul 2024    
Rusiyada casusluq ittihamı ilə saxlanılan Fransa vətəndaşının işi ilə bağlı bəzi detallar məlum olub.

Ordu.az xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti bu ilin iyun ayında saxlanılan Fransa vətəndaşı Loran Vinatyenin ekspertlər və hökumət rəsmiləri ilə əlaqə quraraq Rusiyanın hərbi fəaliyyəti haqqında məlumat topladığını açıqlayıb.

Qurumdan bildirilib ki, bu məlumat xarici kəşfiyyat xidmətləri tərəfindən Rusiya Federasiyasının təhlükəsizliyinə zərər vurmaq üçün istifadə edilə bilər.

Qeyd edək ki, Vinatier iyunun 6-da həbs edilib. Onun günahını etiraf etdiyi bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Casus   Fransa  


Bizi "telegram"da izləyin