Ermənistanda dövlətə xəyanətlə bağlı cinayət işi açılıb, 43 yaşlı müqaviləli erməni hərbi qulluqçu həbs edilib

2024/07/dsdf-1719992209.jpg
Oxunub: 305     11:29     03 İyul 2024    
Ermənistan İstintaq Komitəsinin konstitusiya quruluşunun əsaslarına və ictimai təhlükəsizliyə qarşı yönəlmiş cinayətlərin istintaqı baş idarəsində 2024-cü il iyunun 26-da açılmış cinayət işi üzrə ibtidai istintaq zamanı İrəvan şəhərinin 43 yaşlı sakini tərəfindən casusluq edilməsi, dövlət sirri ehtiva edən məlumatların təhvil verilməsi və xarici ölkə xüsusi xidmət orqanlarının nümayəndəsinə başqa yardım göstərilməsi yolları ilə dövlətə xəyanət edilməsi ilə bağlı faktiki məlumatlar alınıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin məlumatında deyilir.

Qeyd olunur ki, “odnoklassniki.ru” sosial şəbəkəsində geniş söhbətlər nəticəsində qarşı tərəf Ermənistan Silahlı Qüvvələrinin müqaviləli hərbi qulluqçusu ilə yaxın münasibət qurub və sonuncunu işə cəlb edib.

Əldə edilmiş faktlar əsasında 43 yaşlı kişi barəsində Ermənistan Cinayət Məcəlləsinin 418-ci maddəsinin 1-ci hissəsi ilə dövlət ittihamının irəli sürülməsi üçün nəzarəti həyata keçirən prokurora vəsatət verilib və vəsatət təmin edilib.

Azadlıqda olan təqsirləndirilən şəxsin məhkəməyə gətirilməsi məqsədilə həbs edilməsi barədə proseduru həyata keçirən orqan tərəfindən qərar qəbul edilib.

İyulun 2-də erməni hərbi qulluqçu həbs edilib və özünüetiraf ifadəsi verib. Ona qarşı ittiham irəli sürülüb.

43 yaşlı şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət verilib və vəsatət təmin edilib.

İlkin istintaq davam edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Dövlətə-xəyanət  


Bizi "telegram"da izləyin