Almaniya və Türkiyə hərbi əməkdaşlığı dərinləşdirir

2024/06/1719047558.jpg
Oxunub: 342     13:11     23 İyun 2024    
Parisdə keçirilən “Eurosatory” sərgisi çərçivəsində baş tutan görüşlərdə Almaniyanın “Rheinmetall” və Türkiyənin MKE şirkətləri arasında əlaqələr daha da dərinləşib.

Ordu.az xəbər verir ki, sərgi çərçivəsində Almaniyanın müdafiə sənayesinin ən mühüm şirkətlərindən biri olan “Rheinmetall” şirkəti ilə keçirilən son görüşdə cari tədarük məsələləri hərtərəfli müzakirə edilib və iki şirkət arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb.

Görüşdə “Rheinmetall”-MKE əməkdaşlığının həm Türkiyə, həm də Almaniyanın ehtiyaclarını və üçüncü ölkələrin tələblərini qarşılamaq üçün yeni layihələrlə gücləndirilməsinə dair razılıq əldə edilib.

Bu əməkdaşlığı daha da irəli aparmaq məqsədilə sürətlə konkret addımların atılması üçün planlar hazırlanıb və bu planlar çərçivəsində araşdırmalara başlanılıb.

Bu yeni layihələrin həyata keçirilməsi iki ölkə arasında strateji əməkdaşlığı artırmaqla yanaşı, beynəlxalq aləmdə də mühüm töhfələr verəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Türkiyə  


Bizi "telegram"da izləyin