BMT-nin Baş katibi COP29-da iştirak edəcək

2022/03/7sd7f-1648062367.jpg
Oxunub: 124     09:52     28 İyun 2024    
BMT-nin Baş katibi Antonio Quterreş COP29-da iştirak etmək üçün Bakıya səfər etməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə o, TASS-a müsahibəsində bildirib.

“Mən hər zaman COP konfranslarında iştirak edirəm, bu tədbirlərin əvvəlinə və sonuna gəlirəm”, - o vurğulayıb.

Qeyd edək ki, bu ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası keçiriləcək. Bu qərar 2023-cü il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT-nin-Baş-katibi   COP29  


Bizi "telegram"da izləyin