“ASPİLSAN Enerji” təyyarələr, helikopterlər, PUA və zərbə PUA-ları üçün batareya istehsal edir

2024/06/2024--1719474418.jpg
Oxunub: 149     10:45     28 İyun 2024    
Türkiyə Silahlı Qüvvələrinin akkumulyator və batareya ehtiyaclarını qarşılamaq məqsədilə Kayseridən olan xeyriyyəçilərin ianələri ilə qurulan “ASPİLSAN Enerji” 40-dan çox müxtəlif tipli təyyarə, helikopter, Pilotsuz Uçuş Aparatı (PUA) və zərbə PUA-sı üçün batareya dizayn və istehsal edir.

Ordu.az xəbər verir ki, “ASPİLSAN Enerji” tərəfindən edilən yazılı açıqlamaya görə, şirkət litium-ion təkrar doldurulan silindrik batareyalardan “Ni-Cd” batareya istehsalına, radiostansiya batareyalarından aviasiya və helikopter batareyalarına qədər geniş çeşiddə məhsul istehsal edir.

1999-cu ildə C-130 təyyarələrinə quraşdırılan “ASPİLSAN Enerji” batareyaları keyfiyyəti ilə illərə meydan oxuyur.

“ASPİLSAN Enerji” Baş direktoru Ahmet Turan Özdemir bildirib ki, 1999-cu ildə yerli və milli imkanlarla aparılan təmir işləri çərçivəsində Kayseridəki C-130 təyyarəsinin batareyaları “ASPİLSAN Enerji” batareyaları ilə yenilənib.

Özdemir xarici asılılığın azaldılmasında əhəmiyyətli bir addım olan bu yeniləmə işləri çərçivəsində 25 ildir ki, eyni batareyaların ilk günkü kimi vəzifələrini yerinə yetirdiyini qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASPİLSAN   Türkiyə   C-130  


Bizi "telegram"da izləyin