Erməni analitik: “İsveçrədə Qriqoryan çox gülməli vəziyyətə düşüb, tapşırıq verilib ki, yerinizdə sakit oturun”

2024/06/1718950953.jpg
Oxunub: 418     10:51     23 İyun 2024    
İyunun 15-də İsveçrədə işgüzar səfərdə olan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Ukrayna Sülh Qətnaməsi” sammitində iştirak edib.

Ordu.az xəbər verir ki, erməni analitik Arman Abovyan bu konfrans və Ermənistanın orada iştirakı barədə danışıb.

Abovyan qeyd edib ki, Armen Qriqoryanın da çıxışı nəzərdə tutulmuşdu, lakin alınan göstərişlə əlaqədar ləğv edilib.

“Bu hökumət Qərb layihələrinin icraçısı rolunda olub və rolundadır. İsveçrədə baş verənlər göstərdi ki, Ermənistan hakimiyyətinə əvvəlcə həmin foruma getmək tapşırılıb, onlar gediblər, üstəlik, Qriqoryan Armen də çıxış etməli idi və həmin bəyannaməyə imza atmalı idi, lakin onların ağası olan, Ermənistanın təhlükəsizliyinin qarantı olmaq istəməyən Qərb deyib ki, tələsməyin. Armen Qriqoryan çox gülməli vəziyyətə düşüb: son anda tapşırıq verilib ki, yerinizdə sakit oturun”, - deyə erməni analitik bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qriqoryan   İsveçrə  


Bizi "telegram"da izləyin