Zelenski Türkiyəyə səfəri zamanı Fransadan qurtulmaq üçün kömək istəyib? – ANALİZ

2024/03/1710251745.jpg
Oxunub: 650     21:19     12 Mart 2024    
Ukrayna Prezidenti Zelenski Türkiyəyə səfər edib, ikitərəfli münasibətlər və Rusiya ilə müharibə ilə bağlı məsələləri müzakirə edib. Zelenski ilə görüşdən və müzakirələrdən sonra Ərdoğan Türkiyənin Ukrayna və Rusiya arasında vasitəçi kimi çıxış etməyə hazır olduğunu açıqlayıb.

Eyni zamanda, Ərdoğan həmçinin bəyan edib ki, Ankara sülh danışıqlarını təşkil etməyə hazırdır, ancaq Rusiya bu danışıqlarda iştirak edərsə, bu, mümkün ola bilər. Əslində, bir daha Ukraynanın ərazi bütövlüyünü tanıdığını elan edən Ərdoğan Zelenskiyə birtərəfli mövqe tutmaq və Rusiya ilə işləməkdən imtina etmək fikrində olmadığına eyham vurub.

Türkiyənin hazırkı geosiyasi çəkisinin sirrinin məhz birtərəfliliyin istisna edilməsində olduğunu nəzərə alsaq, Zelenskinin bu barədə heç bir illüziyası ola bilməzdi. Ona görə də güman etmək lazımdır ki, Zelenski Türkiyəyə səfər edərək bunu pozmağa çalışıb. Buna səbəb isə Zelenskinin Qərbdən gözləntilərinin təmin olunmamasıdır.

Fransa Prezidentinin Ukraynaya qoşun göndərmək mövzusunu açması fonunda Zelenskinin Türkiyəyə səfər etməsi diqqət çəkir. İlk baxışdan bu, Kiyev üçün arzuolunan mövzudur. Amma bütün məsələ ondadır ki, NATO qoşunlarının Ukraynaya daxil olması Ukraynanın müdafiəsinin yeni mərhələsinin başlaması deyil, Ukraynanın parçalanması demək olacaq.

Bir məqam diqqəti cəlb edir, bu günə qədər, müharibənin iki ili ərzində Ukrayna Qərbdən qoşun gözləməyib, ancaq silah gözləyib, bəlkə də qoşunun mövcudluğunun çox nisbi vəziyyət yaradacağını yaxşı təsəvvür edib. Həmin nisbi vəziyyət bundan ibarətdir: ya birbaşa Rusiya-NATO toqquşması və buna görə də heç kimin, ilk növbədə məhz Ukraynanın qazanc əldə etməyəcəyi nüvə müharibəsi, ya da bu toqquşmadan yayınmaq üçün NATO qoşunlarının daxil olması, mövcud mövqe nisbiliyi ilə və artıq de-fakto Ukraynanın hər hansı bir bir əhəmiyyətli rolu olmadan vəziyyətin dondurulması.

Üstəlik, Kiyevin Fransanın təşəbbüsü ilə aparılan müzakirələrdə məhz belə təhlükələri görməsi də istisna edilmir. Yeri gəlmişkən, Kiyevin Makronun bəyanatlarına xüsusi reaksiya verməsi diqqət çəkir. Təbii ki, Türkiyə Kiyevə Fransanın açdığı “diskursu” bağlamaq və Rusiya ilə başqa bir dialoq “xətti” açmağa kömək edə bilər.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Fransa   Ukrayna  


Bizi "telegram"da izləyin