102-ci hərbi bazanın yaxınlığında 13-cü ABŞ biolaboratoriyası: Ermənistan region ölkələrinə qarşı nə planlaşdırır? (ANALİZ)

2024/01/1706163476.jpg
Oxunub: 646     12:54     21 Fevral 2024    
Ötən ayın sonlarına yaxın Amerika Birləşmiş Ştatlarının Ermənistanda daha bir bioloji laboratoriya açmaq niyyətinin olduğu barədə xəbərlər yayıldı. Nə qədər qəribə görünsə də, belə bir ciddi informasiya çox qısa müddət ərzində diqqət mərkəzindən yığışdırıldı.

Maraqlıdır ki, 2022-ci ilin iyununa qədər sayı 8 olan anoloji laboratoriyaların sayı cəmi iki ildən sonra 13-ə çatdırılıb.

Sual doğuran məqamlardan biri budur ki, Ermənistanda bu dəqər laboratoriyanın qurulması Birləşmiş Ştatların nəyinə gərəkdir?!

Diqqət çəkən daha bir məqam isə hələ iki il əvvəl-2022-ci ilin iyununda Ermənistanda “Azadlıq hərəkatı” üzvlərinin bu laboratoriyalara qarşı çıxması idi. 1991-ci ildə Fransada yaradılan və ASALA-ya bağlı olan “Ermənistan Azadlıq hərəkatı”nın ABŞ-a məxsus obyektlərin qurulmasını proteset etməsini təsadüf və ya planlı şəkildə hazırlanmış aksiya olduğunu qiymətləndirmək çətin olsa da, hərəkatın təşkilatçılarından biri, məhşur erməni vəkil, erməni aktivistlərə rəhbərlik edən ictimai fiqurlardan biri Ara Zöhrabyan sözügedən laboratoriyaların Pentaqon tərəfindən maaliyələşdirildiyini bildirib. Onun ehtimalına görə, bu laboratoriyaların məqsədi əsasən hərbi təyinatlı bioloji silah hazırlamaqdan ibarət olacaq.

Rəsmi İrəvan məsələyə tam aydınlıq gətirməsə də, yalnız həmin mərkəzlərdə Ermənistan vətəndaşlarının çalışdığını və bu laboratoriyaların fəaliyyətinin ölkənin maraqlarına tam cavab verdiyini açıqlayıb. Bu rəsmi cavab bir çox mətləblərdən xəbər verir.

Düzdür, Zöhrabyanın iddiası çox ciddidir, amma nə qədər dəqiq əsaslara söykənir, buna cavab tapmaq xeyli çətindir. Çünki heç cür inandırıcı deyil ki, Vaşinqton dərin köklərlə Rusiyaya bağlı olan bir ölkədə qurduğu hərbi təyinatlı laboratoriyalarda Ermənistan vətəndaşlarını işə götürsün və özünün hərbi sirlərini sıravi erməniyə etibar etsin. Mümkündür ki, həmin laboratoriyalarda erməni əsilli şəxslər işləsin, ancaq onlar Mərkəzi Kəşfiyyat İdarəsi və Pentaqon tərəfindən Amerikada yetişdirilmiş erməni əsilli amerikalı mütəxəssislərdir.

Digər tərəfdən də, Ermənistandakı təhsilin səviyyəsi o imkanlara malik deyil ki, onun yetişdirmələri ABŞ kimi nəhəng bir ölkə üçün bioloji silah yaratmaq biliyinə, istehsal etmək qabiliyyətinə sahib ola bilsin və ya bu işdə iştirakçı olsun.

Ermənistan kimi kiçik bir ölkədə Birləşmiş Ştatların növbəti laboratoriya yaratmaq niyyəti, yuxarıda qeyd etdiyimiz kimi, laboratoriyaların fəaliyyətinə qarşı keçirilən etiraz aksiyalarının nəticəsində rəsmi İrəvanın verdiyi açıqlamada özünü aydın şəkildə biruzə verir. Həmin açıqlamada erməni hökuməti bəyan edir ki, bu laboratoriyalar ölkənin maraqlarına tam uyğundur.

Bu bəyanatın gizli kodlarını açmağa çalışaq.

Təbii ki, Ermənistandan Rusiyaya müxtəlif çeşiddə istehlak məhsulları ixrac edilir. Amerika Birləşmiş Ştatlarının bu ölkədə 10-dan çox bioloji laboratoriyasının olduğunu bilən və buna qarşı çıxan Rusiyanın bütün kəşfiyyat orqanları söz yox ki, bu Qafqaz ölkəsindən gələn hər şeyi dəqiqliklə araşdırır və nəticə çıxarırlar. Rəsmi Moskvanın məsələyə ciddi həssaslıqla yanaşdığını bilən ABŞ təbii ki, Ermənistandakı biloloji laboratoriyalarda istehsal olunan, əldə edilən bioloji komponentlərlə zənginləşdirilmiş məhsulların bu ölkəyə ixracına yol verməyə ya cürət etməz, ya da tələsməz...

Digər tərəfdən, Ermənistanı Rusiya ilə nə quru, nə də dəniz sərhədləri birləşdmir ki, nəticə etibarilə bu yollarla təsir imkanı əldə etmək mümkün olsun.

Amma laboratoriyaların Ermənistanın maraqlarına tam uyğun olması barədə fikir bu elmi araşdırma mərkəzlərinin Ermənistanla birbaşa həmsərhəd olan türk-müsəlman ölkələrinə qarşı formalaşdığını deməyə əsas verir. Ermənistan Türkiyə, İran və Azərbaycanla birbaşa quru və hava sərhədinə malikdir. Eyni zamanda bu üç ölkə ilə Ermənistanı birləşdirən transsərhəd çaylar da mövcuddur.

Ən yaxın keçmişə nəzər salsaq, Ermənistandan keçən və ya mənbəyini bu ölkədən götürən bir neçə çayın sularında zəhərli predmetlərin aşkarlandığını, yaxud bu çay sularının həddindən artıq kimyəvi maddələrlə çirkləndirildiyini əks etdirən saysz-hesabsız xəbərlərlə rastlaşa bilərik.

Hələ bir neçə il əvvəl-müharibədən öncəki illərdə işğal altında olmuş ərazilər boyunca yerləşən rayonlara ermənilərin nəzarəti altında olan ərazilərdən mütəxəssisləri də təəcübləndirən çəyirtkə növlərinin axıb gəldiyini xatırlaya bilərik. Bununla yanaşı, Ağdam, Füzuli və Tərtər rayonları ərazilərində skelet quruluşu dinozavrı xatırladan heyvan növünün peyda olması da qeyri-adi faktlardan biridir.

Bu faktların sırasına bir neçə il əvvəl, müharibədən öncəki illərdə Ağdam, Ağcabədi, Beyləqan, Tərtər, Goranboy və Füzuli rayonlarındakı əkin sahələrinə yerli iqlimə xas olmayan gəmiricilərin-qeyri adi siçan növünün və zəhərli ilanların yayıldığını da əlavə edə bilərik. Maraqlıdır ki, həmin zamanlarda bu rayonların istər təbii, istərsə də aqrar üsulla yetişdirilən bitki örtüyündə müxtəlif xəstəliklərin geniş yayılması da müşahidə edilib. Bu rayonların əhalisi arasında əsəb, sinir, şəkər, ürək, qan-damar sistemi tənəffüs yolları və digər xəstəliklərinin çoxladığı da mütəxəssislərin diqqətindən yayınmayıb.

Bunu da xüsusilə vurğulayaq ki, ABŞ-ın Ermənistandakı ilk laboratoriyalarının fəaliyyətə nə zaman başlamasının tarixi ictimaiyyətə bəlli deyil.

Anoloji hal Ermənistandan keçən və yaxud mənbəyini Ermənistandan götürən çayların qarışdığı transsərhəd çayların sahilində yerləşən rayonlarda da özünü göstərməkdədir.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə – Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun yaxınlığında, daha dəqiq desək, Arazdəyən kəndində ABŞ sərmayəsi ilə iri metallurgiya zavodu inşa etmək niyyətində idi. Dəyəri 70 milyon dollara bərabər olan həmin zavodun tikintisi də Amerika Birləmiş Ştatlarının sərmayəsi ilə reallaşdırılırdı. Bölgədə belə bir ağır sənaye zavodunun ərsəyə gəlməsi ərazidə ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxaracaqdı. Qeyd edək ki, deyilən bölgənin relyefi daha çox şimal küləyinə meyllidir, bu da istehsal nəticəsində meydana gələcək zəhərli tüstünün Sədərək rayonuna yayılması ilə nəticələnəcəkdi...

Belə bir sual yaranır: Görəsən, həmin zavod istehsal müəssisəsi adı altında ABŞ-nin növbəti biloloji laboratoriyası deyildi ki?

Bu müəssisənin inşası üçün nəzərdə tutulmuş ərazinin coğrafiyası xüsusilə diqqət çəkir: məkan baxımından Azərbaycan, İran və Türkiyə üçün eyni əhəmiyyətə və təsir imkanlarına malik olması belə deməyə əsas verir ki, Vaşinqtonun Ermənistanda inşa etdiyi laboratoriyaların əsas hədəfi müsəlman ölkələridir. Konkret desək, Azərbaycan, Türkiyə və İran...

Dünyada İraqdan sonra ən böyük səfirliyinin Ermənistanda yerləşməsinə, bu ölkədə Birləşmiş Ştatların onlarla humanitar təşkilatının, demokratik instutularının nümayəndəlikləri, ABŞ sərmayəsi ilə fəaliyyət göstərən mülki və hərbi təyinatlı müəssisələrinin olmasına rəğmən, Vaşinqtonun bioloji laboratoriyalarını bu regionda qurmağa belə xüsusi diqqət yetirməsi heç də elmi axtarış marağından irəli gəlmir.

Məxsusi olaraq, Ermənistandakı 13-ü laboratoriyasını bu ölkədə yerləşən 102-ci Rusiya hərbi bazasının yaxınlığında quran Birləşmiş Ştatlar dolayısı ilə Kremlə mistik bir mesaj vermiş sayıla bilər. Xatırladaq ki, 13 rəqəmi xristian dünyasında nəhs rəqəm kimi qəbul edilir.

Ermənistanın təbii sərvətlərinin çeşidlərini də nəzərdən keçirək. Bu ölkənin əsas təbii sərvətləri qurğuşun, qızıl, mis, molibden və sink yataqlarından ibarətdir. Bu da o deməkdir ki, ABŞ-ın biloloji laboratoriyalarının faydalı iş əmsalı üçün gərəkli olan kimyəvi elementlərin hamısı Amerikadan və ya başqa ölkələrdən gətirilir.

Yalnız “Metasmor” Atom Stansiyasından əldə edilən nüvə tullantılarını nəzərə ala bilərik ki, ABŞ öz məqsədləri üçün bundan yararlana bilər. Sözügedən atom stansiyasının fəaliyyət göstərməsi üçün zəruri predmetlərin alınmasında Ermənistanın Rusiyadan asılı olduğuna diqqət etsək, onda, bu qənaətə gəlmək olar ki, “Metsamor”dan çıxarılan tullantıların amerikalılar üçün “zəruri” material olmasına Kreml göz yummaz.

Deməli, ABŞ ön Asiya və müsəlman ölkələri üçün nəzərdə tutduğu bioloji laboratoriyayların fəaliyyətini yalnız uzaq Amerika qitəsindən Qafqaza daşıdığı kimyəvi elementlər üzərindən qurur.

Və ya, bu laboratoriyaların çoxluğu haqda səslənən fikirlər həm də psixoloji savaşın və informasiya müharibəsinin predmetidir.

Görünür, Vaşinqton bu xəbərlərin fonunda manipulyasiyalar edir, çaşdırıcı gedişlərlə başqa oyunların qurulmasını diqqətdən kənarda tutmağa çalışır....

Hərbi-siyasi ekspert Teymur Zahidoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   102-baza  


Bizi "telegram"da izləyin