Ermənistan Təhlükəsizlik Şurasının geniş iclasında nə müzakirə olunub? – BAXIŞ BUCAĞI

2023/12/70256-1703054494.jpg
Oxunub: 386     10:29     09 Fevral 2024    
Fevralın 5-də Nikol Paşinyanın rəhbərliyi ilə Ermənistan Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda şura üzvlərindən başqa, Ermənistan prezidenti, parlament sədri, parlament sədrinin müavini, parlamentin xarici əlaqələr komissiyasının sədri və hakim fraksiyanın rəhbəri, Baş Nazir Aparatının rəhbəri də iştirak ediblər. İclasın məzmunu ilə bağlı rəsmi açıqlama çox qısa, əslində bir cümlədir: gündəlik və strateji əhəmiyyət kəsb edən məsələlər müzakirə edilib.

Əslində rəsmi açıqlamanın 90 faizi erməni rəsmilərin nəyi müzakirə etdikləri yox, kimlərin iştirak etdiyi haqqındadır. Ermənistanda gündəlikdə olan məsələlər və strateji əhəmiyyətli məsələlər hansılardır? Məsələn, Ermənistan Təhlükəsizlik Şurasının iclasında, əvvəl faktiki olaraq parlamentin hakim fraksiyasının iclası baş tutduğunu nəzərə alsaq, Ermənistanda kifayət qədər böyük qalmaqal yaradan, həmçinin Təhlükəsizlik Şurasının iclasında iştirak edən rəsmilərin ailə “domenləri”nə toxunan korrupsiya işi gündəm sinfinə, yoxsa strateji sinfinə aiddir?
Həmin iclasdan sonra açıqlama yayılıb ki, Ermənistanda korrupsiyaya qarşı mübarizə və xüsusilə bu məsələdə qanunvericiliyin təkmilləşdirilməsi zərurəti vurğulanıb. Xüsusilə nəyin təkmilləşdirilməli olduğu, parlament çoxluğunun nədən narazı olduğu ətraflı izah edilmir. Məsələ “gündəlik” və ya “strateji” çərçivəsində Ermənistan Təhlükəsizlik Şurasının iclasına çıxarılıb. Bəs yanvarın 1-də demarkasiya və delimitasiya məsələləri üzrə komissiyaların rəhbərləri, Azərbaycan və Ermənistan Baş nazir müavinləri Şahin Mustafayev və Mher Qriqoryanın iştirakı ilə Ermənistan və Azərbaycan sərhədində baş tutan görüş bunlardan hansı “sinfin” məsələsi kimi nəzərdən keçirilib?

Həmin görüşdən sonra artıq demək olar bir həftədir sükut hökm sürür, məzmunla bağlı hətta bir cümlə ehtiva edən rəsmi açıqlama olub, yalnız deyiblər ki, başlayıb, davam edir, bitib. Bu, bəlkə də ya heç nə olmamasından, ya da çox vacib şeylər olmasından xəbər verir.

Bəs Ermənistanın konstitusiyası və müstəqillik bəyannaməsi ilə bağlı məsələlər Nikol Paşinyanın açdığı “diskurs” çərçivəsində Təhlükəsizlik Şurasının 5 fevral iclasında müzakirə olunubmu və yenidən hansı statusda, gündəm statusunda, yoxsa strateji statusda müzakirə olunub?

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Təhlükəsizlik-Şurası  


Bizi "telegram"da izləyin