BRICS Zəngəzur dəhlizinə daha əhatəli mənzərə təqdim edir – BAXIŞ BUCAĞI

2024/01/1705042195.jpg
Oxunub: 984     19:49     13 Yanvar 2024    
Ötən günlərdə Azərbaycanın Hindistandakı səfiri Elçin Hüseynli Hindistan Prezidenti Draupadi Murmaya etimadnamə təqdim edib. O, bu vəzifəyə ötən ilin oktyabrında təyin edilib. Görüş zamanı təkcə ikitərəfli deyil, həm də çoxtərəfli formatda ticarət-iqtisadi, enerji, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə edilib.

Azərbaycan və Hindistanın əməkdaşlıq edə biləcəyi hansı çoxtərəfli formatlardan söhbət gedir? Ekspertlər Azərbaycanın üç iqtisadi təşkilat Avrasiya İqtisadi Birliyi (AİB), BRICS və Şanxay Əməkdaşlıq Təşkilatı arasında “keçid nöqtəsi” və ya “tranzit dəhliz”ə çevrilməsi imkanlarını nəzərdən keçirirlər. İlin əvvəlindən BRICS-ə sədrlik Rusiyaya keçib, strukturun coğrafiyası İran, Birləşmiş Ərəb Əmirlikləri və Misiri əhatə etməklə genişlənib. Ötən ilin oktyabrında Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının sammitində, ilin sonunda isə faktiki olaraq həmçinin AİB Ali İqtisadi Şurasının müzakirələrində iştirak edib.

Əsasən Azərbaycanın coğrafi mövqeyi, tranzit və logistik imkanları geniş siyasi manevr sahəsini təmin edir. Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu keçirilib. Forumda İlham Əliyev bildirib: “Düşünürəm ki, Azərbaycanın xarici siyasət konsepsiyasında çox praqmatik səbəblərə görə Aİ-yə üzv olmaq hədəfi yoxdur, çünki bizi heç vaxt qəbul etməyəcəklər. Səbəb də çox aydındır və biz bunu başa düşürük. Biz virtual deyil, real dünyada yaşayırıq. Əgər qəbul edilməyəcəksinizsə, niyə qapını döyməlisiniz? Əgər onlar sizi istəmirlərsə, siz yalnız ev sahibini qıcıqlandıracaqsınız və yalnız özünüzü alçaldacaqsınız”.

Lakin demək olar proqnozlaşdırılandır ki, Azərbaycan da birbaşa şəkildə AİB-ə üzv olmayacaq. Yalnız Rusiya ilə İran arasında tranzit dəhlizini təmin edən rol bir o qədər də əlverişli deyil. Lakin Şimal-Cənub nəqliyyat dəhlizinə daha geniş, qlobal əhəmiyyət baxımından baxılsa, tamam başqa vəziyyət yaranardı.

Bu mənada BRICS ilə vasitəçilik və ya hətta sıx əlaqələr təkcə iqtisadi deyil, həm də təhlükəsizlik demək olardı. Söhbət, ən azından göründüyü qədər, hərbi-siyasi olmayan, yeni dünya nizamı rəqabətində görkəmli rol almağa çalışan təşkilatdan gedir. Bundan əlavə, üzv ölkələr arasında, məsələn, Çin və Hindistan arasında olan fikir ayrılıqları və ziddiyyətlər başqalarına az təsir göstərir.

Bu o demək deyil ki, BRICS sabah və ya o biri gün qapılarını geniş açacaq və ya Çin “Bir Kəmər, Bir Yol” layihəsini həyata keçirməyəcək. Problem son dərəcə çətin vəziyyətdə diplomatik gedişdədir. Bunun əhəmiyyəti böyük ehtimalla o qədər böyükdür ki, Bakı Ermənistan-Hindistan hərbi-texniki əməkdaşlığını ciddiyə almır və Yeni Dehli ilə münasibətləri Ermənistan-Azərbaycan gərginliyi ilə kəskin şərtləndirmir.

Rəsmi Bakının ermənilərin manipulyativ “sülh kəsişməsi” ideyasını tənqid etdiyini nəzərə alsaq, bu, çox həssas vəziyyətdir. “Sülh kəsişməsi” ideyası həm də Ermənistan-Hindistan əməkdaşlığı perspektivi üzərində qurulub. İran da bu perspektivin bir hissəsini təşkil edir. Bakının BRICS-in qapılarını döyməklə, Zəngəzur dəhlizi məsələsini daha əhatəli mənzərədə təqdim etməyi qarşısına məqsəd qoyması heç də istisna deyil.

Əslində bu, Ermənistan üçün də diplomatik imkan olacaq. Hər halda, görünən odur ki, Bakı ilə Yeni Dehli arasında dərinləşən dialoq Cənubi Qafqaz ətrafında gərginliyi azalda bilər.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BRICS   Zəngəzur  


Bizi "telegram"da izləyin