“Məkik prosesi”ndə görünməmiş fasilə nəyə hesablanmışdı? Qərb Ermənistanı nəyə əmin edir?

2023/11/1700725563.jpg
Oxunub: 1980     20:44     23 Noyabr 2023    
“Fransa təkcə keçmiş və indiki müstəmləkələrində deyil, eyni zamanda bizim regionumuzda – Cənubi Qafqazda stabilliyi pozur, separatizm meyllərini və separatçıları dəstəkləyir”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfransın iştirakçılarına etdiyi müraciətdə bildirib.

Təbii ki, Fransanın regional destabilizasiyanın detonatoru olmasının Ermənistan-Fransa hərbi-texniki əməkdaşlığı ilə birbaşa bağlantısı mövcuddur. Şübhəsiz ki, Ermənistanın istənilən hərbi alışı və hərbi-texniki əməkdaşlığının istənilən istiqaməti ciddi izlənilir. İndiki halda, Ermənistan-Fransa əməkdaşlığı hələ də İrəvanın ehtiyaclarını ödəməkdən uzaq olsa da, regionda sabitliyi təhdid edir.

Azərbaycanın ardıcıl olaraq xatırlatmaları bundan danışır: Fransa regionda sabitliyin pozulmasında daim maraqlıdır və öz prosesi geosiyasi böhrana çəkir. Bu halda Azərbaycan və ya istənilən ölkə üçün təhlükəsizliyin təminatı məsələsi ön plana çıxır ki, bu da növbəti dəfə Ermənistanın cəzalandırılması deməkdir. Eyni zamanda, həm Azərbaycan, həm də Türkiyə bəyan edir ki, Ermənistan sülh probleminin həllini Qərbdə deyil, qonşuları ilə birgə mühitdə axtarmalıdır. Bu barədə Türkiyə Prezidenti Ərdoğan da açıqlama verib. İlham Əliyev həmçinin bildirib ki, Ermənistan onların sentyabrın 11-də verdiyi təkliflərə nə qədər tez cavab versə, bir o qədər yaxşıdır.

İrəvan iki aydan artıq idi ki, təkliflərə cavab vermirdi, bu, təklif və cavab mübadiləsi formasında cərəyan edən “məkik prosesi”ndə bəlkə də görünməmiş fasilə idi. İrəvanın bu pauzası bəlkə də onu deməyə əsas verir ki, Azərbaycanın sentyabrda verdiyi təkliflər başqa tərəflərlə müzakirə olunurdu.

Hər halda, bu suallar bu gün İrəvanla Qərb tərəfdaşları arasında intensiv təmaslar, müzakirələr masasındadır və İrəvanın cavabının vaxtı, məzmunu onların nəticələrindən asılı idi. Qərb tərəfdaşları Ermənistanı sakitləşdirirlər və əmin edirlər ki, eskalasiyaya imkan verməyəcəklər. Amma əsas sual açıq qalır: onlar Ermənistana sülh müqaviləsi üzrə qarşılıqlı məqbul və balanslaşdırılmış danışıqlar prosesindən yayınmağa imkan verəcəklərmi?

Azərbaycan isə indiki mərhələdə eskalasiya məsələsini deyil, daha çox danışıqların çıxılmaz vəziyyətə düşməsi və onu düzəltmək məsələsini gündəmə gətirir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Cənubi-Qafqaz   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin