Nikol Paşinyan bu barədə Belarus Prezidenti Lukaşenkoya məlumat verib, onun təşəbbüsü ilə Paşinyanla Lukaşenko arasında telefon danışığı baş tutub. Rəsmi məlumata görə, Nikol Paşinyan Lukaşenkoya sessiyada iştirak edə bilməyəcəyi barədə məlumat verib və KTMT tərəfdaşlarının buna anlayışla yanaşacağına ümid etdiyini bildirib.
Nikol Paşinyanın sessiyada iştirak etməməsinin səbəbi ilə bağlı təfərrüatlar yoxdur, bəlkə də əsaslandırma yoxdur, Nikol Paşinyan sadəcə olaraq sessiyada iştirak etmir, vəssalam. O halda sual yaranır ki, Ermənistan nə üçün ümumiyyətlə KTMT üzvlüyünə xitam verdiyini, çıxma prosesinə başladığını elan etmir?
Axı mənzərə “yavaş-yavaş parçalanmaq” haqqında olan “Məhbusun bədən üzvlərinin əvvəlcə birini, sonra digərini kəsirlər” məşhur lətifəsini xatırladır. Ermənistan KTMT-dən yavaş-yavaş çıxır, yoxsa əksinə, Ermənistan çıxmır və ona görə də əsasən nümayişkaranə hərəkətlərə əl atır, KTMT-nin iclaslarında, hərbi təlimlərdə iştirak etmir, habelə keçmiş nümayəndəni geri çağırdıqdan və başqa ölkəyə səfir təyin etdikdən sonra KTMT-də nümayəndə təyin etmir?
Ermənistanın KTMT-yə münasibəti KTMT-nin Ermənistana münasibəti ilə izah olunur. Eyni zamanda bu halda sual odur ki, İrəvan KTMT-yə qarşı siyasəti ilə hansı problemi həll edir, sadəcə “каков привет, таков и ответ” məntiqi ilə cavab axtarır, yoxsa söhbət İrəvanın strateji dönüş məntiqi ilə başlatdığı başqa, daha geniş oyundan gedir?
Ancaq belə olan halda sual yaranır ki, niyə KTMT-dən çıxmaqla bağlı bəyanat yox, boykot var? Rusiyanın başının altına “yumşaq yastıq” qoymağın mümkün olduğunu, boykota baxmayaraq, KTMT-dən çıxmaq niyyətinin olmadığını təsəvvür etmək çətin ki, rasionaldır. Bəs həmin daha geniş oyun hansı ola bilər, KTMT-dən çıxmaq yoxdursa, bu qərar olmadan belə bir oyun ola bilərmi?
Aqil Məmmədov
Ordu.az