“Yunan-Hind perspektivləri” gerisində Fransa işartısı – BAXIŞ BUCAĞI

2023/09/16934-1693911493.jpg
Oxunub: 1786     19:35     05 Sentyabr 2023    
Ermənistan hökumətinin avqustun 31-də keçirilən iclasının gündəliyində Ermənistan və Yunanıstan arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş layihəsi təsdiq edildi. Ermənistan və Yunanıstan arasında müdafiə sahəsində əməkdaşlığın iyirmi illik tarixi var və rəsmi Afina dəfələrlə İrəvanın işğalçılıq siyasətini dəstəklədiyini bəyan edib.

2011-ci ildə iki ölkə arasında hərbi əməkdaşlıq sazişi imzalanıb və onun məqsədi hərbi-texniki əməkdaşlıq üçün lazımi şəraitin təmin edilməsi olub. Üstəlik, Ermənistan və Yunanıstan arasında müdafiə sahəsində əməkdaşlıq təkcə iki ölkənin mövcud siyasi və tarixi-siyasi ümumi maraqları çərçivəsində deyil, həm də Yunanıstanın NATO üzvü olması ilə əlaqədar nəzərdən keçirilməlidir.

Eyni zamanda, hazırkı dünya reallıqları kontekstində Ermənistan-Yunanıstan tandemi daha bir vektor əldə edir. Bu yaxınlarda Hindistanın baş naziri Modi Yunanıstana rəsmi səfərə gəlib. İki ölkə səfəri tarixi olaraq qiymətləndirib, bunu Hindistanın baş nazirinin son 40 ildə ilk dəfə Yunanıstana səfər etməsi də sübut edir. Bu, artıq kifayət qədər izahedici bir vəziyyətdir. Yunanıstanda iki ölkənin baş nazirləri əməkdaşlığı strateji səviyyəyə qaldıracaqlarını açıqlayıb. Həm iqtisadi, həm də müdafiə əhəmiyyətli bir sıra sənədlər, o cümlədən hərbi sənaye sahəsinə aid sənədlər imzalanıb.

Buradan belə aydın olur ki, Yunanıstan-Hindistan münasibətlərinin bu dinamikası Ermənistan və Hindistan arasında müdafiə sahəsində əməkdaşlıq prosesinə təkan verir. Biz eyni tendensiyanı Fransa-Hindistan və Hindistan-Ermənistan müdafiə əməkdaşlığında da müşahidə edirik. Habelə Fransa-Yunanıstan müdafiə əməkdaşlığının Hindistan-Yunanıstan arasında olandan daha böyük olduğunu nəzərə alsaq, rəsmi Afinanın da, Dehlinin etdiyi kimi, Parisin göstərişləri ilə hərəkət etdiyini deyə bilərik.

Bu baxımdan, Ermənistanın müxtəlif ambisioz səbəblərdən dünya düzənində rolunu artırmağa çalışan Fransa və Hindistan, eləcə də Yunanıstanla müdafiə sahəsində "hərbi oxa" daxil olmağa çalışdığını vurğulaya bilərik.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hindistan   Yunanıstan  


Bizi "telegram"da izləyin