O qeyd edib ki, bəyannamədə həm də münaqişə diskursunun məntiqi mövcuddur və bu, müvafiq olaraq, müstəqilliyə yox, SSRİ-nin qurulmasına yol açır. Nikol Paşinyan mümkün qədər aydın danışır, çünki onun ifadələrində aşağıdakı məntiqi yalnız kor adam fərq etməz. Yəni nə qədər ki, Ermənistan Azərbaycanla münaqişədədir, Türkiyə ilə münasibətlər tənzimlənməyib, Rusiya Ermənistanı öz təsir dairəsində saxlamaq üçün həmişə bu vəziyyətdən istifadə edəcək. Bu, kifayət qədər sadə “sxem”dir və bu “sxem” çoxdan qeydə alınıb.
Əgər Ermənistan dövlət səviyyəsində Türkiyə və Azərbaycanla sülhün Rusiyadan müstəqilliyi təmin edəcəyi məntiqinə əməl edirsə, təbii ki, Moskva Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münaqişələrinin təbliğini daha da intensivləşdirəcək. Rusiyanın Qafqazdan getmək niyyətində olub-olmaması ayrı araşdırmanın mövzusudur. Habelə Rusiyanın uzaqlaşmasının müharibə ilə baş verməyəcəyi, yoxsa getməmişdən əvvəl özünün həyati təsir zonası hesab etdiyi bölgəyə od vurub-vurmayacağı da başqa araşdırma mövzusudur. Bunlar ən azı birmənalı cavabı olmayan suallardır və ona görə də birtərəfli danışmaq, bəlkə də o qədər də məntiqli deyil.
Ermənistan, şübhəsiz ki, region ölkələri ilə münasibətlər və sülh üçün balanslaşdırılmış düstur tapmalı, ekspansionist siyasətindən imtina etməyi bacarmalıdır. Lakin onun təmin olunması, ən azı, geosiyasi maraqların ziddiyyəti üzərində qurulubsa və bu, rəsmi səviyyədə də davam etdiriləcəksə effektivlik əldə olunmayacaq.
Eyni zamanda, Ermənistanın siyasi meydanı həm institusional, həm də məzmun baxımından o dərəcədə bərqərar olmaqdan uzaqdır ki, o, özünün əlamətdar nöqtələrini formalaşdıra bilmir. Müvafiq olaraq, Ermənistanın daxili siyasi reallıqları bundan sonra da xarici təsirlərə məruz qalacaq, rəsmi İrəvanın daxili siyasi məntiqi bu gün əhəmiyyətli dərəcədə qeyri-müəyyənlik vəziyyətində olan xarici amillər və impulslar hesabına formalaşacaq.
Aqil Məmmədov
Ordu.az