Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşrə görə, 2021-ci ilin iyununda Arsen Torosyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Ehtiyatda Olan Zabitləri Birliyinin sədri Mikayel Hambardzumyanın müharibə zamanı Xankəndinin su təchizatı ilə bağlı qaldırdığı məsələyə toxunaraq bunların hamısının yalan olduğunu bəyan edib.
“O, şəxsən mənimlə bu məsələ ilə bağlı danışdı, reallığı təhrif edir, istəsəniz, deyə bilərəm ki, yalan danışır. Çünki o sualın cavabı belə oldu ki, biz su nümunələrini götürməyə, İrəvanda qəbul etməyə və müayinə etməyə hazırıq. Bu edilib, sadəcə olaraq nümunə İrəvana adi nümunələr üçün nəzərdə tutulan qablarda aparılmalı idi, yəni Mikayel Hambardzumyan bununla bağlı yalan danışır”, - deyə Torosyan bildirib.
Mikayel Hambardzumyan buna cavab olaraq deyib: “Bu məmur hesab edir ki, Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları müharibənin qaynar reallıqları şəraitində operativ xidmət istiqamətlərini tərk edərək hər gün Xankəndidən İrəvana özləri üçün su daşımalıdırlar ki, oturub araşdırma aparsınlar. Onun fikrincə, əslində MTX əməkdaşları mütəxəssis deyillər, haradan, hansı üsulla, vaxtaşırı və qablarla su nümunələrinin götürülməsinə qərar verməli idilər”.
“Qısa desək, Arsen Torosyan yalan danışıb”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az