Ordu.az xəəbər verir ki, şəhid doğulduğu Tərtər rayonunun Dəmirçilər kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhidin dəfn mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri, rayon sakinləri iştirak edib.
Mərasimdə Azərbaycanın dövlət bayrağı şəhidin atasına və yadigar qalan oğluna təqdim edilib.
Qeyd edək ki, şəhid Yaqub Qəhrəmanlı Yaşat Fondunun xətti ilə uzun müddət İstanbul şəhərində "İstanbul Medicana" hospitalında və İstanbul cərrahiyə xəstəxanasında müalicə alıb, hazırda isə müalicəsini Azərbaycanda davam etdirirdi.
Yaqub Qəhrəmanlının 2 yaşında oğlu yadigar qalıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Ordu.az