Ukrayna silahlı qüvvələri Trostyanes şəhərini azad edib - YENİLƏNİB

2022/03/7a089-1648313626.jpg
Oxunub: 4903     21:50     26 Mart 2022    
Ukrayna qoşunları Sum vilayətinin Trostyanes şəhərini Rusiya hərbçilərindən azad edib.

Bu barədə Ordu.az Ukrayna mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, Ukrayna hərbçiləri Rusiya qoşunlarının silah-sursatını və döyüş texnikalarını ələ keçiriblər.

****

20:14

Ukrayna qoşunları Sum vilayətinin Trostyanes şəhərinə daxil olub.

Bu barədə Ordu.az Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar İdarəsinin feysbuk sosial şəbəkəsindəki məlumatına istinadən xəbər verir.

Məlumata görə, Ukrayna qoşunları tezliklə şəhər üzərində nəzarəti tam bərpa etməyə yaxındır.

Qeyd edilir ki, Ukrayna silahlı qüvvələri Trostyanes şəhərini geri almağa davam edir: “Şəhər tezliklə Rusiya qoşunlarının qalıqlarından təmizlənəcək”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Ukrayna   Müharibə  


Bizi "telegram"da izləyin