DSX-dan
Ordu.az-a verilən məlumata görə, tədbirlərdə şəxsi heyət Novruz bayramı münasibətilə təbrik edilib, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli sərhəd siyasətinin uğurla həyata keçirilməsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərdiyi ali diqqət və qayğı nəticəsində ölkəmizin sərhəd təhlükəsizliyinin ən yüksək tələblər səviyyəsində təmin edilməsi, Vətənimizin sərhədlərinin etibarlı mühafizəsinin təşkili istiqamətində əldə edilmiş nailiyyətlər vurğulanıb.
Çıxışlar zamanı cinayət hadisələrinin qarşısının alınması, qanunvericiliyin tələblərinə riayət edilməsi, hərbi intizamın möhkəmləndirilməsi mövzularında şəxsi heyətə müvafiq tövsiyələr verilib.
Tədbirlərdə iştirak edən rəsmi şəxslər hərbi hissələrdə yaradılmış şəraitlə yaxından tanış olub, xidmətdə fərqlənmiş hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edilib.
Ordu.az