Şəhid və hərbçi ailələrinin uşaqları üçün bayram tədbiri keçirilib - VİDEO+FOTOLAR

2022/01/16c09-1641217874.jpg
Oxunub: 3200     13:44     03 Yanvar 2022    
Şəhid və hərbçi ailələrinin uşaqları üçün Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Yeni il şənliyi keçirilib.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, tədbirdə uşaqlarla birgə müxtəlif nağıl qəhrəmanları, Şaxta baba və qar qızı iştirak ediblər.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə uşaqları təbrik edən aparıcı onlara xoşbəxt və uğurlu həyat arzulayıb.

Tədbirin bədii hissəsində nağıl qəhrəmanları uşaqlarla birlikdə rəqs edib, müxtəlif yarışlar keçirib və oyunlar qurublar.

Sonda uşaqlara bayram hədiyyələri təqdim edilib.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: MN   Şəhid-ailələri   Tədbir  


Bizi "telegram"da izləyin