Fransa XİN rəhbəri: “Paris Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni edəcək”

2020/07/23333-1596006468.jpg
Oxunub: 3944     11:16     29 İyul 2020    
Fransa Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli üçün hər cür səy göstərəcək.

Ordu.az xəbər verir ki, bunu Fransanın Xarici İşlər naziri Jan-İv Le Drian ölkə parlamentindəki çıxışı zamanı deyib.

Nazir Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələrin narahatlıq doğurduğunu, xüsusən qarşıdurmaların Qarabağda deyil, dövlət sərhədində baş verdiyini söyləyib.

"Hərbi həll ola bilməz. Siyasi həll yolu tapılmalıdır. Ümid edirəm ki, bunu etmək mümkün olacaq", - deyə XİN rəhbəri əlavə edib.

Onun sözlərinə görə, Paris məsələnin sülh yolu ilə həlli üçün əlindən gələni edəcək. Nazir onu da xatırladıb ki, Fransa Qarabağ nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsindən biridir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Fransa   Qarabağ  

Fransa XİN rəhbəri: “Paris Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni edəcək”

2020/07/23333-1596006468.jpg
Oxunub: 3945     11:16     29 İyul 2020    